“Herostratı unudun” tamaşasının premyerası keçirilib

“Herostratı unudun” tamaşasının premyerası keçirilib
14:19 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrında “Herostratı unudun” tamaşasının premyerası keçirilib. Lent.az-ın məlumatına görə, Qriqori Qorinin eyniadlı əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Sabir Məmmədov, Ayşad Məmmədov, Münəvvər Əliyeva, İradə Həsənova, aktyorlar Hikmət Rəhimov, Rüstəm Rüstəmov, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Ülvi Həsənov, Şamil İbrahimov, Elgün Həmidov çıxış edirlər.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Rus dramaturqu Qriqori Qorinin pyesi əsasında səhnələşdirilmiş “Herostratı unudun!” adlı ikipərdəli tragikomediyanın süjetini dünyanın yeddi möcüzəsindən biri hesab edilən, inşası 120 il davam etmiş, qədim Efes şəhərindəki Artemida məbədinin eramızdan əvvəl 356-cı ildə Herostrat adlı bazar alverçisi tərəfindən yandırılması hekayəsi təşkil edir.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR