Bakı, 4 fevral, AzərTAc
Azərbaycan Taekvondo Federasiyası (ATF) Gənclər və İdman Nazirliyinin, “Sportsman” idman jurnalının ənənəvi “Zəfər” yüksək idman nailiyyətləri mükafatının qalibi olub. ATF “İlin idman federasiyası” nominasiyası üzrə bu mükafata layiq görülüb. .
Federasiyadan AzərTAc-a bildiriblər ki, Azərbaycan 2014-cü ilin mayında böyüklər arasında taekvondo üzrə Avropa çempionatına, iyunda isə yeniyetmələr arasında ilk dəfə keçirilən dünya birinciliyinə ev sahibliyi edib.
Böyüklər arasında təşkil edilən Avropa çempionatında millimiz 1 qızıl və 4 bürünc medal qazanıb. Yeniyetmə taekvondoçular isə mundialda 2 gümüş və 1 bürünc medala layiq görülüblər.
İl ərzində federasiya tərəfindən Bakıda və regionlarda müxtəlif yaş kateqoriyasından olan taekvondoçular arasında açıq birinciliklər təşkil edilib.