Bakı, 14 noyabr, AZƏRTAC
“EXUS Business Consulting & Training” şirkəti Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) kommersiya fakültəsinin tələbələri üçün “Kommersiya müəssisələrində biznes infrastrukturunun formalaşdırılması” mövzusunda təlim təşkil edib.
Univeresitetdən AZƏRTAC-a bildiriblər ki, təlimdə şirkətin direktoru Ənvər Yavəroğlu tələbələrə müştəri məmnuniyyətinin artırılması, idarəetmə strukturunun təhlili, müasir satış, insan amilinin biznesdəki yeri və rolu haqqında geniş məlumat verib.
Kommersiya fakültəsinin dekanı Mirağa Əhmədov təlimlərin gələcək məzunların biznes fəaliyyətində böyük rol oynayacağını bildirib.
Sonda suallar cavablandırılıb.