Yaponiya və Avstraliya liderləri noyabrın 15-də Türkiyənin kurort şəhəri Antalyada G20 sammiti ərəfəsində görüşərək fikir mübadiləsi aparıblar.
Ş.Abe bildirib ki, Parisdə törədilmiş terror aktları Yaponiya və Avstraliyanın yüksək qiymətləndirdiyi və müdafiə etdiyi dəyərlərə qarşı təhdiddir. Ş.Abe, həmçinin əlavə edib ki, beynəlxalq ictimaiyyət birləşərək bu hücumları pisləməlidir.
M.Ternbul isə öz növbəsində bildirib ki, bu hücumlar yalnız Parisə deyil, bütün azadlığa inananlara qarşı yönəldilib. O, həmçinin deyib ki, Avstraliya Fransa ilə birlikdə terrorizmə qarşı mübarizə aparacaq.