Djoni Depp subaylığın daşını atdı.

ANS PRESS-in məlumatına görə, People jurnalı xəbər verir ki, Hollivud aktyoru rəsmi olaraq aktrisa Ember Xerdlə nikaha girdi.

Ulduzlar nikahlarını Los-Ancelesdə, keçən çərşənbə axşamı bağlayıb.

Daha əvvəl xəbər verilmişdi ki, gözlənilən toy şənliyi həftə sonu Baham arxipelaqından olan aktyorun şəxsi adasında olacaq.

Qeyd edək ki, Depp və Xerd 2013-cü ilin dekabrında “Rom gündəliyi” filminin çəkilişləri zamanı görüşdükdən sonra nişanlanıblar.
Mənbə
ANS PRESS