Bakı. Trend:
Bu gün axşam Hannoverdə keçirilməsi nəzərdə tutulan futbol üzrə Almaniya və Hollandiya yığmaları arasında yoldaşlıq görüşü ləğv olunub.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə əsasən, ləğv edilmənin səbəbləri məlum deyil. Ehtimal olunurdu ki, oyunu kansler Angela Merkel və Almaniyanın nazirlər kabinetinin üzləri izləyəcək.
Bizi Twitter-dən izləyin: @trend_az