Rza Xudiyev "Varlı qadın" əsərinin ilin sonunadək təhvil veriləcəyini deyib.
Xatırladaq ki, tamaşaya quruluşu Naxçıvan teatrının rejissoru Tofiq Seyidov verib.
Rolları Azərbaycanın əməkdar artisti Behruz Haqverdiyev, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Günay Qurbanova, Vüsal Rzayev, aktyorlar Elmir Rzayev, Nurbəniz Niftəliyeva, Zakir Fətəliyev və başqaları ifa edəcək.
Tamaşanın rəssamı, Naxçıvanın əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatı Azərbaycanın əməkdar artisti Mübariz Əsgərova aiddir.
Naxçıvan Dövlət Dram Teatrının direktoru Rza Xudiyev teatrda Q.Qorinin "Herostratı unudun" tamaşasının hazırlanacağını da bildirib. Tamaşaya quruluşu Səmədcan Baxşiyev verəcək.