Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 19-da Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında “Day of сhildren” beynəlxalq turniri keçiriləcək. Turnirdə sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcəklər.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yunan-Roma güləşçilərimiz yarışda məşqçilər Fuad Əliyev və Rasim Ağayevin rəhbərliyi altında mübarizə aparacaqlar. Heyətdə Rəşad Məmmədov (32 kq), Ceyhun Zeynalov (35 kq), Nurlan Quluzadə (38 kq), Telman Əliyev (42 kq), Mirsirac Həsənli (47 kq), Toğrul Quluzadə (53 kq), Cavidan Cavadov (59 kq), Ruslan Hadisov (66 kq), Əlişan Salmanov (73 kq) və Bəhruz Həziyev (85 kq) yer alıb.
Sərbəst güləşçilərin yarışında isə Azərbaycanın idman şərəfini Süleyman Mirzəyev (32 kq), Cabbad Məmmədzadə (35 kq), İlkin Məmmədov, Rəşid Zeynalov (hər ikisi 38 kq), Tural Əsgərov (42 kq), Əşrəf Aşurov (47 kq), Turan Bayramov (53 kq), Vahid Əlizadə (59 kq), Abdulxaliq Quluzadə (66 kq), Emin Yusubov (73 kq) və Abdulmuslim Məmmədov (85 kq) qoruyacaq. Komandaya məşqçi Namiq Quliyev rəhbərlik edəcək.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov ölkəmizi təmsil edəcək.