ANS PRESS-in məlumatına görə, MHP-nın qurucu lideri Alparslan Türkeş qızı Zəng Türkeş Oğana dəstək olub.
Sinan Oğan bu gün təşkil etdiyi yığıncaqda MHP başçılığı üçün namizədliyini açıqlayıb. Yığıncağa MHP lideri Alparslan Türkeşin qızı Zəng Türkeş də istirak edib.
Keçmiş Iğdır millət vəkili MHP başqanlığı üçün namizəd olduğunu təşkil etdiyi mətbuat konfransı ilə açıqlayıb. Milliyyətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeşin qızı Zəng Türkeş də Oğana dəstək verənlər arasında yer alıb.

Sinan Oğan və Zəng Türkeş
Türkiyədə keçirilən parlament seçkisindən sonra millət vəkillərinin yarısını itirən Milliyətçi Hərəkat Partiyasında önəmli hadisə baş verib. Partiyanın Nizam İntizam Komitəsinin avqust ayında partiyadan çıxardığı keçmiş deputat Sinan Oğan məhkəmə qərarı ilə geri qayıdıb. Bu barədə qərarı Oğan öz "Twitter" səhifəsində elan edib. "Ədalət yerini tutdu, partiyama geri döndüm",- deyə o qeyd edib. Deputat deyib ki, məhkəmə onun haqqında olan qərarı ləğv edib.

S.Oğanın sosial şəbəkədəki səhifəsi
Sinan Oğanın MHP-yə məhkəmə qərarı ilə geri dönməsindən sonra siyasi arenada başqa mövzü gündəmə gəlib - "MHP-də liderlik mübarizəsi başlaya bilərmi?". 1 noyabr seçkisindəki deputat sayının yarıya enməsindən sonra partiya lideri Dövlət Bahçelinin istefa xəbəri yayılmışdı. Ancaq o, özü bu xəbəri təkzib edib.

MHP S.Oğanı partiyadan asılı olmayan fəaliyyətdə ittiham edərək uzaqlaşdırılmışdı. Onun adı iyun ayının 7-də keçirilən seçkidən öncə MHP baş katibi postunda hallandırılıb. Bu şayiələrin yayılmasından sonra o zaman Iğdırdan millət vəkili olan Oğan öncə MHP-nin deputatlığa namizədlər siyahısından çıxarılıb, sonra isə partiyadan uzaqlaşdırılıb. Oğan bu qərardan məhkəməyə şikayət edib.
Həmçinin oxuyun: Azərbaycan əsilli diplomat yenidən böyük siyasi arenada (FOTO)
MHP-yə azərbaycanlı rəhbər