Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Bu tərz mənim” dəb yarışmasında münsif kürsüsündə əyləşən Xloenin halı ötən gün qəflətən pisləşib. Xanımının xəstəxanaya aparıldığını eşidən S.Ortaç təcili ora yollanıb. X.Luqnanı giriş qapısında qarşılayan müğənni həyat yoldaşının əlindən tutaraq onu içəri aparıb. Sərdarın qəmgin və kədərli olduğu diqqətdən yayınmayıb.
