Müğənni Xatunun parodiyaları ictimaiyyətdə qəbul olunduğu qədər, müğənnilərin bəziləri birmənalı qarşılamır. Müğənni özü etriaf edib ki, Könül Kərimovanı parodiya edəndə, üstünə təcili yardım çağırıblar.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu barədə o, "10dan sonra" verlişində danışıb:

"Mən Könül Kərimovanı parodiya edəndə qarğış edir. Təzyiqi qalxır, hətta üstünə təcili yardım gəlib. Ona görə onu parodiya etmək istəmirəm. Amma Xumar Qədimova heç nə demir. Pis qəbul etmir".

Parodiyalarından sonra Xatunla Könül Kərimova küsüblər.
"Biz danışmırıq Könüllə. Əgər o, parodiyanı təhqir qəbul edirsə, bunda mənim günahım yoxdu. Mənim onu parodiya etməyimi özünə hörmətsizlik kimi qəbul edir. Məndən də ən çox onu parodiya etməyimi istəyirlər".

Milli.Az