ANS PRESS-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Dağıstan gömrüyünün Məhərəmkənd gömrük postunda idarə əməkdaşları Azərbaycan Respublikasından Rusiyaya keçmək istəyən həmyerlimizin şəxsi əl yükünə baxış zamanı onun çantasından Rusiyaya qanunsuz yolla aparmaq istədiyi 6.4 kiloqram çay və ya dəniz balıqlarından götürülmüş qara kürü aşkar edilib.
Aşkar edilən qara kürü Azərbaycan vətəndaşından götürülüb və ekspertizaya göndərilib. Ekspertizanın cavabına uyğun olaraq həmyerlimizə cinayət işinin açılıb, açılmayacağına qərar veriləcək.
Məsələ ilə bağlı Dağıstan Gömrük İdarəsi məlumat yayıb.


Aşkarlanan qara kürü