Bakı, 23 noyabr, Laçın Sultanova, AZƏRTAC
Rusiya Federasiyasının Tümen vilayətinə məxsus, hidroizolyasiya sahəsində və geotekstil hidroizolyasiyalı materialların istehsalında ən yeni texnologiyaların hazırlanmasını həyata keçirən, Bakıda keçirilmiş “Xəzər: ətraf mühit üçün texnologiyalar” 6-cı beynəlxalq ətraf mühit sərgisinin (“CTE-2015”) nəticələrinə əsasən sifarişlər alan “SibStroyEkologiya” şirkəti ölkəmizdə fəaliyyətini genişləndirmək istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Tümen vilayəti hökumətinin işgüzar portalında “Tümenin ekologiya sahəsində innovasiyalarına Azərbaycanda tələbat var” sərlövhəli yazıda yer alıb.
Portalın xəbərində bildirilir ki, “CTE-2015” sərgisində Tümen vilayətinin kiçik və orta sahibkarlıq subyektlərinə aid ixrac yönlü şirkətləri iştirak edib. Azərbaycan Tümen biznesinin artıq 3 milyon dollar həcmində (2014-cü ilin yekunlarına görə) əmtəə ilə təchiz etdiyi geniş bazardır. Burada Tümen fanerinə, maşınqayırma məhsullarına, neft-qaz avadanlığına, tikinti materiallarına tələbat var. Tümen biznesinin Azərbaycanda fəaliyyətini genişləndirmə perspektivlərinin mövcudluğu ilə əlaqədar, “CTE-2015”də iştirak Tümen şirkətləri üçün bu nüfuzlu beynəlxalq meydanda özləri haqqında məlumat verməyə yaxşı imkan olub. Sərgidə 10 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrədən 30-dan çox şirkət iştirak edib.
Ekologiya və təbii ehtiyatlardan rasional istifadə (tullantıların yenidən işlənməsi, torpağın rekultivasiyası və neftlə çirklənmədən təmizlənmə, su obyektlərinin müvafiq qurğunun köməyi ilə təmizlənməsi) şirkəti də Azərbaycan sahibkarları üçün maraqlı olub. Azərbaycanın profilli müəssisələri Tümen şirkətinin texnologiyalarına böyük maraq göstəriblər. Şirkətə hətta Meksika körfəzinin neft dən təmizlənməsinə dair sifariş edilib.
“Jilstroy” (Qolışmanov rayonu) şirkətinin texnologiyalarına da tələbat olub. Bu şirkət ekovata - kağızların emalı əsasında yeni tikinti materialı - qızdırıcı istehsal edir. Tümen stendlərinə gələn Azərbaycan sahibkarları təkcə vilayətin müəssisəsinə baş çəkmək arzularını bildirməyib, həm də Azərbaycan bazarında ekoloji cəhətdən təmiz, eyni zamanda ucuz məhsulun perspektivlərini qeyd ediblər.