«Kommersant» nəşri «Deloitte» analitiklərinin məlumatlarına istinadən yazır ki, Rusiyada smartfon sahiblərinin yalnız 16 faizi «LTE» xidmətlərindən istifadə edir, halbuki Qərbi Avropada bu göstərici orta hesabla 30 faiz təşkil edir.
«ICTnews.az» Elektron Xəbər Xidməti «dailycomm.ru» saytına istinadən yazır ki, mütəxəssislər Rusiyada «LTE» abunəçilərinin sayının az olmasını onunla izah edir ki, adıçəkilən ölkədə smartfon bazarının artımı əsasən «B» brendinə məxsus aparatlar vasitəsilə təmin olunur və bu aparatların əksəriyyəti «LTE» texnologiyasını dəstəkləmir.
Emil Hüseynov