Tokio, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də yerli vaxtla saat 15:50 dəqiqədə Yaponiyanın Taneqaşima kosmik mərkəzindən Kanadaya məxsus telekommunikasiya süni peykini kosmosa çıxaracaq daşıyıcı raket buraxılıb.
Yaponiyanın H2A reketi ilk dəfədir ki, xarici kommersiya peykini orbitə çıxarır. Kanadanın “Telesat” şirkətinə məxsus telekommunikasiya süni peyki Yerdən 36 min kilometr yüksəklikdəki stasionar orbitə çıxarılacaq.
Son vaxtlar raket buraxılışları sahəsində rəqabət artmaqdadır. Rusiya və Avropa bu bazarın böyük hissəsinə sahib olsalar da, ABŞ onlara çatmaqdadır. Yaponiya mütəxəssisləri noyabrın 24-də orbitə çıxarılan daşıyıcı raketin ölkənin bu biznesdə rolunun möhkəmlənməsinə xidmət edəcəyini düşünürlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio