[ 05 Fevral 2015 23:24 ]



Bakı-APA. Suriya Hərbi-Hava Qüvvələrinin üsyançıların paytaxt Dəməşq ətrafındakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 57 nəfər ölüb. APA-nın “Frans Pres”-ə istinadən verdiyi xəbərə görə, ölənlərdən 12-si uşaqdır.

Məlumat Suriyada insan haqları üzrə Monitorinq Şurası tərəfindən yayılıb.

Məlumatda hava hücumu zamanı 100-dən çox raket buraxıldığı qeyd olunub.