Aşıq Samirə Əliyeva keçmiş həyat yoldaşı Rizvan Məmmədovdan bəhs edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, açıqlama verən sənətçi onunla barışma xəbərlərinin yalan olduğunu deyib:

"Biz ər-arvad münasibətində deyilik. Dost kimi mehribanıq. Barışıq heç gözlənilmir də. Hamı istəyər ki, ailəsi olsun. Amma qismət belədir. Ailə mövzusu ilə gündəmə gəlmək istəmirəm. Heç övladlarımın da verilişlərə çəkilməsinə razılıq vermirəm. Deyəcəklər ki, uşaqlarını reklam edir. Qarşı tərəf evlənsə də, üzülmərəm. Hərənin bir qisməti var. Hər bir insana xoşbəxtlik, ailə səadəti arzulayıram. O cümlədən də ona. Bütün media işçilərindən xahiş edirəm, şəxsi həyatdan danışmasınlar. Cavab verməməyim hörmətsizlik olar. Verəndə də özüm inciyirəm. Bu da mənim bir yaramdır, hər dəfə danışıb təzələmək istəmirəm".

S.Əliyeva üçüncü dəfə ailə qurmayacağını bildirib:

"O kitab bağlandı. Uşaqlarım üçün yaşayıram. Onlar ailə qurub, öz evlərinə köçəcəklər. Nəvələrimlə başımı qatacam. Hər şeydən əvvəl məni sənətim yaşadır. Həm maddi baxımdan, həm mənəvi kiməsə ehtiyacım yoxdur. Təkliyi hiss etməyə imkan qalmır".

Milli.Az

Samirə: "Biz ər-arvad münasibətində deyilik" - FOTO