Serdar Ortaç mərhum Ahmet Kayanın repertuarına müraciət edəcək.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 1999-cu ildə tədbirlərdən birində səhnəyə çıxaraq kürdcə klip çəkdirəcəyini deyən A.Kayanı S.Ortac və Ebru Gündeş də daxil olmaqla bir qrup ifaçı fitə basmış, ona çəngəl, bıçaq atmışdılar.

İllər sonra peşman olduğunu dəfələrlə dilə gətirən Sərdar 15 il əvvəl Parisdə vəfat edən müğənninin mahnıları arasında səsinə uyğun olanını növbəti albomuna salacağını deyib:

"Peşman olduğumu demişdim. Bugünkü ağlım olsa, əsla belə bir şey etmərəm".