Bakı, 26 noyabr, AZƏRTAC
Vaşinqton Universitetində işləyən alimlər “Wi-Fi”ın köməyi ilə mobil qurğuları enerji ilə doldurmağa imkan verəcək “Power Over Wi-Fi” texnologiyasını hazırlayıblar.
AZƏRTAC “bgr.com” saytına istinadən xəbər verir ki, bu texnologiyanın əsas özəlliyi ondadır ki, eyni zamanda həm cihazı enerji ilə doldurmaq, həm də “Wi-Fi” şəbəkəsindən istifadə etmək mümkün olacaq. Cihaz siqnal mənbəyindən 8,5 metr məsafədə yerləşib.
Mütəxəssislər bildirirlər ki, hazırda belə texnologiya aşağı sərfiyyatlı qurğuları enerji ilə doldurmaq gücündədir.