Bakı, 26 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Vergilər Nazirliyi müxtəlif xidmət sahələrində və fəaliyyət növlərində vergiqoymaya fərdi yanaşmanın tətbiqi ilə bağlı layihə üzərində 3 ildir işləyir. Araşdırmalar göstərir ki, bu sahələrdə xeyli vergidən yayınma halları var.
AZƏRTAC xəbər verir ki, bu fikirləri vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib.
Qeyd olunub ki, dayələr, repetitorlar və digər sahələrdə gəlir və xərclərin uçotundan yaranan vergiqoyma problemləri mövcuddur. Hazırda əsas təklif ondan ibarətdir ki, bu məsələ ilə bağlı konkret bir rəqəmə uyğun vergi tətbiq olunmaqla onların dəqiq uçotunu aparmaq mümkündür.
N. Əmirovun sözlərinə görə, bu təkliflə bağlı müzakirələr aparılır. Lakin bu sahənin nümayəndələri bəyannamə, gəlir və xərc kimi məsələlərə hələ hazır deyillər.
