Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, bu dəqiqələrdə Həsən Əliyev küçəsi (Tblisi prospekti istiqamətində), Həsənoğlu küçəsi (5 nömrəli xəstəxananın qarşısı), Xətai prospekti (Təhsil Nazirliyinin qarşısı), Yusif Səfərov küçəsi, Neftçilər prospekti ("Azneft" dairəsi istiqamətində), o cümlədən Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı), Ziya Bünyadov prospketi (20 Yanvar dairəsi) və Azadlıq prospektində (Cəfər Xəndan küçəsi ilə kəsişmə) avtomobillərin sıxlığı müşahidə edilir.