Bakı. 28 noyabr. REPORT.AZ/ Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalara qarşı tərəf də sərt cavab verib. "Report" türk mətbuatına istinadən xəbər verir ki, Rusiyadan gələn tır və konteynerlər liman və gömrük keçid məntəqələrində saxlanılacaq.
Bundan başqa, mülki aviasiya sahəsində də ciddi tədbirlər görüləcək.
Türkiyə Rusiyanın türk mallarına və yükdaşımalarına qarşı tətbiq etdiyi sanksiyalarına qarşı tədbirlər görməyə başlayıb.
Türkiyənin müvafiq qurumlarının nazirləri Rusiyadakı həmkarları ilə əlaqə quraraq sanksiyaların səbəblərini öyrənməyə çalışıblar. Rusiya rəsmiləri isə Türkiyəyə qarşı heç bir sanksiyanın tətbiq olunmadığını, sadəcə baş verənlərə görə lazım olan addımların yerinə yetirildiyini bildiriblər.
Rusiyalı rəsmilər eyni zamanda, gömrük keçid məntəqələrində baş verən ləngimə və maneələri qəbul etməyib.
Türkiyə tərəfi isə Rusiya tərəfinin bu şəkildə davam edəcəyi təqdirdə, lazım olan bütün addımların ata biləcəklərini bəyan edib.