"Manchester United"in qapıçısı Viktor Valdes yaxın günlərdə klubla müqaviləsini pozacaq. Goal.az xəbər verir ki, ötən ilin martında ciddi zədələnəndən sonra "Barcelona"dan ayrılan Valdes "United"də karyerasının durğunluğundan narazıdır. Bir müddət əvəzedici komandada oynayan Valdes yeni mövsümdə ümumiyyətlə meydana çıxa bilməyib.
Milli.Az