Məlumata görə, bir neçə il bundan əvvəl yeni quruluşda səhnəyə qoyulan, 2014-cü ildə isə yeni redaksiyada tamaşaçılara təqdim edilən opera bütün zamanlar üçün aktual olan bir mövzuda – Xeyir və Şər qüvvələr arasında mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti və s. həsr edilib.
Tamaşada həmçinin təbiət gözəlliklərinin təsvirinə də geniş yer verilib.
Opera tamaşasının libretto müəllifi professor Nərgiz Paşayeva, yeni redaksiyanın rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, quruluşçu rəssam isə xalq rəssamı Tahir Tahirovdur.
Tamaşada əsas rolları xalq artisti Qərinə Kərimova, əməkdar artistlər Gülnaz İsmayılova, Fərid Əliyev, Səbinə Vahabzadə, Fəridə Məmmədova, Əkrəm Poladov, gənc solistlər İlham Nəzərov, Fəhmin Əhmədli ifa edəcək.