"Hazırda belə bir ehtiyac yoxdur. Maliyyə planlamamızda, büdcəmizdə Mərkəzi Bankdan əlavə manat cəlb etməyi nəzərə almamışıq. Hazırda verdiyimiz kreditlərin 95%-i manatın payına düşür. Əhaliyə dollar kreditləri ayırmağa üstünlük vermirik", - deyə Bankın sədr qeyd edib.
A.İbrahimov cari ildə "Bank of Baku"nun Mərkəzi Bankdan cəlb etdiyi 40 mln. manat vəsaitin borc deyil, svop əməliyyatı olduğunu əlavə edib: "Biz Mərkəzi Bankda dollar vəsaiti yerləşdirdik və onun əvəzində manat lidvidliyini təmin etmək üçün manat cəlb etdik. Mərkəzi Bank belə bir siyasət yürüdürdü, banklardan dollar vəsaiti alıb onun əvəzində manat təqdim edirdi banklara. Bu əməliyyatdan digər banklar da istifadə edib".
Sədr həmçinin fililların birləşdirilməsinin gözlənilmədiyini açıqlayıb: "Hazırkı planımıza görə, filialları birləşdirmək niyyətimiz yoxdur. Bu il ərzində bir neçə filialı birləşdirdik. Amma təbii ki, iqtisadi durumda dəyişiklik olarsa, görsək ki, digər filiallar öz çevikliyini, gəlirliyini itirib, bu barədə düşünə bilərik. Hazırda isə belə bir plan yoxdur".