"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu NATO-nun baş katibi Yans Stoltenberqlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Rusiyanın vurulan təyyarəsi ilə bağlı açıqlamasında bildirib.
O, NATO-nun baş katibi ilə noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiya təyyarəsinin vurulmasına dair müzakirələr apardığını söyləyib: "Noyabrın 24-də baş verənlərin məsuliyyəti Türkiyənin üzərində deyil. Bütün səviyyədə görüşməyə hazırıq. Biz bu gərginliyi artırmaq istəmirik. Danışıqlara hazırıq".
Həmin görüşdə Yans Stoltenberq deyib: "Türkiyə öz sərhədlərini və hava sahəsini qorumaq hüququna malikdir. Türkiyənin Rusiya ilə təmas qurmaq cəhdlərini dəstəkləyirik".