Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, jurnalda turizmin tarixi, inkişaf perspektivləri, beynəlxalq turizmin dünya, eləcə də Azərbaycan iqtisadiyyatına təsiri barədə məlumatlar əksini tapıb. Oxucular nəşrdə regionların sosial-iqtisadi inkişafının əsas prioritet məsələləri, turizmin inkişafına təsir edən mədəni amillər və onun müxtəlif sahələrinin tədqiqinə dair geniş məlumatlar əldə edəcəklər.