Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarını təbii qazla tam təmin edib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev məlumat verib. O bildirib ki, “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcunun mərhələlərlə ödənilməsi barədə razılığa gəlinib. Artıq borcun bir hissəsi ödənilib. Ümumi borc isə hər iki qurum tərəfindən müəyyənləşdirilən qrafikə uyğun ödəniləcək.
Ə.Hacıyev deyib: “Bundan sonra qazanxanalara təbii qazın verilişində heç bir məhdudiyyət olmayacaq”.