Bundan başqa, layihə çərçivəsində dəyirmi masa və debatların təşkili də nəzərdə tutulub ki, burada da tələbələr aktiv iştirak ediblər.
Layihə barədə məlumat verən birliyin sədri Elvin Aslanov bildirib ki, həyata keçirilən layihə regionlarda həm tələbələrin şəxsi inkişafında, həm də tələbə təşkilatlarının inkişafında müstəsna əhəmiyyətə malikdir. “ATB regionlarda tələbələrin daha innovativ ideyalarla çıxış etməsində və regionlarımızda gedən iqtisadi-sosial inkişafda tələbələrin də daha aktiv rol almasında maraqlıdır. Çünki, cəmiyyətimizdə tələbələr dinamik qrup kimi əsas yükü öz üzərlərinə götürə bilərlər. Biz belə layihələrin həyata keçirməyə davam edəcəyik. Bu sahədə Gənclər və İdman Nazirliyinin bizə verdiyi dəstək əvəz olunmazdır”, - E.Aslanov deyib.
Layihə çərçivəsində son tədbirləri həyata keçirəcək olan birlik Ağcabədi, Mingəçevir şəhərlərində tələbələri keçirilən tədbirlərdə daha da yaxından iştirak etməyə dəvət edir.