Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə yaradılmış Hökumətlərarası Komissiyanın fəaliyyəti iki ölkə arasında ticari-iqtisadi, yanacaq-enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət-turizm, ətraf mühit, rabitə və yüksək texnologiyalar, eləcə də digər sahələrdə əlaqələrin daha da genişləndirilərək dərinləşməsinə töhfə verib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 23 sentyabr 2009-cu il tarixli sərəncamı ilə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri vəzifəsinə energetika naziri Natiq Əliyev təyin edilib. Qazaxıstan tərəfindən isə həmsədr bu ölkənin energetika naziri V.Şkolnikdir.