"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi ümumi komanda ilə məşq etməyə hazırdı.

Bu haqda klubun idarə sədri Karl-Haynts Rummeniqqe məlumat verib:

"Riberinin əzabları bitmək üzrədi. O, artıq bu həftədən etibarən ümumi qrupla birgə məşqlərə başlayacaq".

Qeyd edək ki, Frank Riberi topuğundakı zədə səbəbindən yaşıl meydanlardan uzaq düşüb. Fransız futbolçu sonuncu dəfə rəsmi matçlarda cari ilin mart ayında forma geyib.