Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Laos Xalq Demokratik Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Laos xalqına sülh və tərəqqi arzulayıram".

Bizi Twitter-dən izləyin: @trend_az