Dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə, 100 manat miqdarında cərimə tətbiq ediləcək.
Dəyişikliklər layihəsi bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunub və Milli Məclisin dekabrın 4-də keçiriləcək plenar iclasına tövsiyə edilib.