Bakı, 6 fevral, AzərTAc
Avrozonanın iqtisadiyyat və maliyyə nazirləri (Avropa qrupu) fevralın 11-də Brüsseldə Yunanıstana dair növbədənkənar iclas keçirəcəklər. Bu barədə jurnalistlərə Avropa qrupunun başçısı Yerun Deysselblum məlumat verib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nazirlərin Yunanıstanın yeni hökumətinin kreditçilərə borc məsələsinə yenidən baxılması tələblərinə dair vahid mövqe hazırlamağa çalışacaqlar. Fevralın 12-də isə Brüsseldə Avropa İttifaqının 28 ölkəsinin liderlərinin sammiti keçirilməlidir.
Yunanıstanın yeni maliyyə nazirli Yanis Varufakis üçün bu, Avropa qrupunda ilk iclas olacaq. Hazırda o, ölkə iqtisadiyyatının problemlərinin həllinə və dövlət borcu ətrafında yaranmış böhrana dair yeni həll yollarını müzakirə etmək üçün Avropa paytaxtlarına səfərdədir.