Bakı, 6 fevral, AzərTAc
Ümumtəhsil məktəblərinin VII siniflərində istifadə edilən “Biologiya” dərslik dəstinin elmi-metodiki monitorinqi ilə bağlı seminar olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, dərslik dəsti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilib.
Fevralın 12-də müzakirə davam etdiriləcək.