Azərbaycan XİN rəsmisi: "Avropa Parlamentinin Azərbaycana qarşı olduğunu demək düzgün deyil"

Azərbaycan XİN rəsmisi: "Avropa Parlamentinin Azərbaycana qarşı olduğunu demək düzgün deyil"
10:19 3 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

 

"Avropa Parlamenti ilə işləmək lazımdır. Ona görə ki, Avropa Parlamenti Avropa İttifaqının bir qurumudur".

 

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

 

Onun sözlərinə görə, Azərbaycan parlamenti qərar çıxarıb ki, daha "Avronest"də iştirak etməsin: "Lakin demək olmaz ki, Avropa parlamentində olan hər kəs Azərbaycanın əleyhinə olan qətnamənin lehinə səs verib. Әn böyük partiya olan Avropa Xalq Partiyasının üzvlərinin hamısı qətnamənin əleyhinə çıxıb. Lehinə səs verən parlamentarilərin sayı 300-dən artıqdır, orada isə 700-dən çox parlament üzvü var.

 

Avropa Parlamentinin bütünlüklə Azərbaycana qarşı olduğunu demək düzgün deyil. Bizim parlamentlərarası əməkdaşlıq qrupumuz var, bu qrupun iclası bir müddətdir, keçirilmir. Düzdür, o qətnamədən sonra biz ümumiyyətlə bir sıra əməkdaşlıq mexanizmlərini dayandırmışıq. Lakin bu bizim parlamentin işidir. Biz yalnız tövsiyə edə bilərik".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/223729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR