Əlillər dövlət qayğısı il əhatə olunublar

Əlillər dövlət qayğısı il əhatə olunublar
13:28 3 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Ağstafa, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Ağstafa şəhərindəki “Yazıçılar Evi”ndə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbirdə əlillərə göstərilən dövlət qayğısından danışılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Yaqub İsmayılov və başqaları çıxışlarında əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən, onlara göstətilən dövlət qayğısından geniş bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə əlillərin sağlamlığının təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət siyasəti uğurla həyata keçirilir. O cümlədən Ağstafada da şəhid ailələrinin, müharibə əlillərinin və Çernobl faciəsi iştirakçılarının mənzil şəraitinin yaxşılaşdırılması üçün 4 hündürmərtəbəli yaşayış binası müxtəlif dövrlərdə tikilib istifadəyə verilib.
Əlillər çıxışlarında dövlətimiz tərəfindən göstərilən qayğıdan danışıb, onların hər bir müraciətinə diqqətlə yanaşıldığını vurğulayıb, bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin konsert proqramı ilə davam etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aliller_dovlet_qaygisi_il_ehate_olunublar-907830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR