Mənzillərdə dəm qazı sızmasını aşkar edən cihazlar quraşdırılacaq

Mənzillərdə dəm qazı sızmasını aşkar edən cihazlar quraşdırılacaq
13:43 3 Dekabr 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Bundan sonra mənzillərdə dəm qazı sızmalarını aşkar edən dedektorlar quraşdırılacaq.

Bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Eldar Əhmədov deyib. Onun sözlərinə görə, cihazlar yalnız yeni çəkilən qaz xətlərində tətbiq olunacaq. E.Əhmədov qeyd edib ki, mövcud qaz xətlərində isə yeni cihazların tətbiqi üçün vətəndaşlar da maraqlı olmalıdır: “Artıq bir qayda olaraq bundan sonra yeni çəkilən qaz xətlərində mütləq dedektorlar da quraşdırılacaq. Amma buna baxmayaraq, vətəndaşlar müraciət etdiyi təqdirdə köhnə xətlərdə də dedektorlar quraşdırıla bilər. Hesab edirəm ki, cihazların quraşdırılması insanları dəm qazı sızmalarından xeyli siğortalayacaq. Ona görə də hər kəs bu cihazlardan mənzillərində istifadə etməlidir”.

Qurum rəsmisi sözügedən cihazların konkret quraşdırılmasına nə vaxt başlanacağı barədə məlumatlı olmadığını desə də qeyd edib ki, hazırda bu istiqamətdə işlər gedir: “ Mövcud qanunvericilikdə bu məsələ ilə bağlı dəyişiklik edilib və cihazların tətbiqi şərt kimi irəli sürülüb”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2464552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR