Bakıda “IE Venture Days” biznes konfransı və startap müsabiqəsi keçirilir

Bakıda “IE Venture Days” biznes konfransı və startap müsabiqəsi keçirilir
15:11 3 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Yüksək Texnologiyalar Parkı tərəfindən "IE Venture Days" biznes konfransı və beynəlxalq startap müsabiqəsinin finalı keçirilir.

Tədbir çərçivəsində "UBER" şirkətinin MDB ölkələri üzrə direktoru Aleksey Stax "UBER"- uğur hekayəsi",  Şərqi və Mərkəzi Avropada fəal investorlardan biri olan Maks Qurvits "Startapa necə başlamaq?!", "Products & Startups for Code for America" şirkətinin direktoru Leyn Beker "Mobil və veb texnologiyaların inkişafı - Silikon Vadisindən baxış" mövzusunda məruzə və təqdimatlarla çıxış ediblər.

Tədbirin gedişatında Amerika Ticarət Palatası, "Facebook", "Microsoft" kimi təsisatların nümayəndələrinin çıxışları nəzərdə tutulub.

Biznes-konfrans çərçivəsində Azərbaycanın İKT-də Qadınlar Klubu -  "Femmes Digitales" ayrıca panel müzakirələr təşkil edib. Bu müzakirələrdə Azərbaycandan, Ukraynadan və Estoniyadan olan işgüzar xanımlar İKT sahəsində qadınların rolu və uğurlu biznes layihələri haqda bəhs ediblər.

Qeyd edək ki, biznes konfransla yanaşı, "IE Venture Day Baku" müsabiqəsi də keçirilir və 12 ən güclü startap komandası əsas mükafatlar uğrunda mübarizə aparırlar.

Finala çıxan komandaların beşi Azərbaycanı təmsil edir. Bunlar "Offerbee", "Cready", "Appol", "Noob", "Healthbook" komandalarıdır.
 
Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40119-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR