Hesablama Palatasının saytı yeni dizaynda

Hesablama Palatasının saytı yeni dizaynda
19:28 3 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Hesablama Palatasının rəsmi internet səhifəsi yeni dizaynda və yeni www.sai.gov.az  adı ilə fəaliyyətə başlayıb.
Palatadan AZƏRTACA-a bildiriblər ki, yeni saytda Hesablama Palatasının fəaliyyət istiqamətləri ilə bağlı dolğun məlumatlar, qurumun ötən illər üçün rəyləri, fəaliyyəti üzrə hesabatlar, keçirilmiş kollegiya iclasları və müxtəlif tədbirlərlə bağlı yazılar ictimaiyyətə təqdim olunub.
Saytda başa çatmış audit tədbirlərinin nəticələri, həmçinin Hesablama Palatasının ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərlə bağlı məlumatlar, eyni zamanda, qurumda potensialın gücləndirilməsi istiqamətində həyata keçirilmiş layihələr və beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə materiallar da yer alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR