Türkiyə və Rusiya yenidən birləşdi (VİDEO, FOTO)

Türkiyə və Rusiya yenidən birləşdi (VİDEO, FOTO)
19:36 3 Dekabr 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya ilə Türkiyə arasında təyyarə böhranından sonra bu gün yüksək səviyyəli ilk görüş artıq başlayıb.

ANS PRESS-in məlumatına görə, bu dəqiqələrdə Belqradda Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü keçirilir.

Rusiya təyyarəsinin vurulmasından sonra bu, tərəflər arasında ilk görüşdür. Türkiyə - Rusiya böhranı sonrası xarici işlər nazirləri səviyyəsində ilk görüş Serbiyanın paytaxtı Belqradda reallaşır.

Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Toplantısı üçün Serbiyanın paytaxtı Belqradda olan xarici işlər naziri Mövlüd Çavuşoğlu rus həmkarı Sergey Lavrov ilə bir araya gəlib. Hələlik tərəflər arasında hansı danışıqların olduğu və nə barədə müzakirələr olunduğu barədə məlumat verilmir.


Nazirlərin görüşündən foto

Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da soyuyur. Bundan əvvəl, Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.



Rusiya prezidenti Vladimir Putin həmçinin noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Bununla da Türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.


Suriya-Türkiyə sərhədində təyyarənin vurulması

"Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyinin təminatı, Rusiya Federasiyası vətəndaşlarının cinayətkarlardan və başqa qeyri-qanuni hərəkətlərdən müdafiəsi üzrə və Türkiyə Respublikası barəsində xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında" fərman imzalayıb", - deyə Kremlin rəsmi saytı xəbər verilir.


Belqrad xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR