İranda Nardaranda ölənləri andılar - FOTO

İranda Nardaranda ölənləri andılar - FOTO
20:05 3 Dekabr 2015
233 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 26-da Nardaranda polisə silahlı müqavimət göstərdiyi üçün Azərbaycan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat qrupu tərəfindən öldürülən dindarlar İranda da anılıb.

Milli.Az xəbər verir ki, virtualaz.org saytının əldə etdiyi məlumata görə, İranın Ərdəbil şəhərində quraşdırılan stenddə Nardaran hadisələri barədə məlumat verilib və Azərbaycan dövlətçiliyinə qarşı çıxan həmin şəxslər "şəhid" adlandırılıb.

Qeyd edək ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 5 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Bununla yanaşı, həmin əməliyyatda 2 polis də vəfat edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR