Gecə həyatı sevdası ona baha başa gəldi

Gecə həyatı sevdası ona baha başa gəldi
20:42 3 Dekabr 2015
96 İdman
Ölkə mətbuatı
A- A+

Fransa yığmasının lideri Frank Riberinin adı yenidən qalmaqalda hallanır.

Milli.Az apasport.az-a istinadən verir ki, "Bavariya"nın yarımmüdafiəçisi gecə həyatı sevdası ilə bağlı problemlə üzləşib.

Futbolçu hələ 2009-cu ildə "Real"ın hücumçusu Kərim Benzema ilə birlikdə 18 yaşından kiçik olan Zahia Deharla cinsi əlaqədə olduğu üçün iki il əvvəl məhkəmə qarşısına çıxmışdı.

Bu dəfə isə onun başı Almaniyada bəlaya qarışıb. Fransanın "Closer" jurnalının yaydığı məlumata görə, 32 yaşlı futbolçu Münhendə prokurorluq tərəfindən dindirilib. Səbəb kimi isə yenə onun gecə həyatı göstərilib. Məlumatda qeyd edilib ki, "Bavariya"nın futbolçusu Münhendə yalnız fransız xanımlardan ibarət gecə təşkil etmək üçün 15 min avro ödəyib. O, bu pulu yaxın dostlarından birinə verib.

Riberi fahişəliyin beynəlxalq şəbəkəsi ilə bağlı araşdırma aparan prokurorluq əməkdaşları tərəfindən dindirilib. Hətta xəbərdə bu məsələ ilə bağlı araşdırmanın davam etdiyi də vurğulanıb.

Lakin yayılan bu məlumatın əsassız olduğunu bildirən futbolçu "Closer" jurnalını ona böhtan atmaqda ittiham edib. O, adıçəkilən jurnalı məhkəməyə verəcəyini və külli miqdarda təzminat tələb edəcəyini söyləyib.

Qeyd edək ki, 2009-cu ildə Münhendə pul qarşılığında 17 yaşlı Zahia Deharla cinsi əlaqədə olduğu üçün iki il əvvəl məhkəməlik olan Riberi həmin vaxt bəraət qazanmışdı. Futbolçu həmin vaxt bunu təsdiq etsə də, Deharın yaşını bilmədiyini söyləyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR