Ağstafada satış üçün nəzərdə tutulan murdar olmuş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb

Ağstafada satış üçün nəzərdə tutulan murdar olmuş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb
21:28 3 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 3 dekabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.
DBNX-nin mətbuat katibi Yolçu Həsənov AZƏRTAC-a bildirib ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti və onun yerli qurumları ardıcıl olaraq bu istiqamətdə reydlərini davam etdirir. Dekabrın 3-də belə bir reyd Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən aparılıb. İdarə əməkdaşlarının keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu kəndində (Stansiyasında) 90cx615 dövlət nömrə nişanlı çörək maşınında bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.
Heyvan cəmdəyinə mütəxəssis baxışı zamanı məlum olub ki, heyvan öldükdən (murdar olduqdan) sonra onun başı kəsilib və satış üçün nəzərdə tutulub.
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının da iştirakı ilə reallaşan bu tədbir zamanı murdar olmuş heyvan cəmdəyi qanunvericiliyə uyğun olaraq baytarlıq mütəxəssislərinin nəzarəti altında maşından götürülərək, müəyyən edilmiş ərazidə zərərsizləşdirilib.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcək.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agstafada_satis_uchun_nezerde_tutulan_murdar_olmus_iribuynuzlu_heyvan_cemdeyi_askarlanib-908090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR