"Eximbank” dünyanın müxtəlif regionlarında ABŞ şirkətlərinin rəqabət gücünü artıran amildir. Bu bank yerli hökümətlərin və şirkətlərin amerikalı tərəfdaşlara qarşı inamını artırır", - deyə Obama vurğulayıb.
Xatırladaq ki, ABŞ Konqresinin bəzi üzvləri "Eximbank"-ın dövlət tərəfindən dəstəklənməsinə qarşı çıxmışdı. Bu səbəbdən bu bank iyun ayından etibarən kredit əməliyyatlarını dayandırmışdı.
Qeyd edək ki, hazırda ABŞ-da 150 min insan sözügedən dövlət bankının hesabına işlə təmin olunub.