Azərbaycan Müdafiə Nazirliyi: İl ərzində Ermənistan tərəfi cəbhədə yüzdən çox itki verib

19:18 5 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 dekabr, AZƏRTAC
Ermənistan kütləvi informasiya vasitələrinin son 11 ay ərzində ümumilikdə 63 erməni hərbçisini itirməsi, onlardan 33-nün döyüş itkisi olması ilə bağlı yaydığı xəbərlər yalnız gülünc hissi doğurur.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər.
Qeyd edilib ki, bu rəqəmlərə inanmaq və onları ciddi hesab etmək sadəlövhlük olardı. Çünki açıqlanan statistika həqiqəti əks etdirmir və mövcud durumu tamamilə təhrif edir.
Erməni mətbuatının bu xəbəri yalnız cinayətkar rejimin marağına hesablanıb və onsuz da gərgin vəziyyətdə olan erməni ictimai rəyinin sakitləşdirilməsi niyyəti güdür. Yalnız bu il ərzində hətta erməni rəsmi informasiya saytlarının, qeyri-hökumət və əsgər anaları təşkilatlarının, eləcə də Ermənistanın müxalifyönümlü mətbuatının yaydığı rəqəmlərə istinad etsək, düşmən ordusundakı itkilərin dəqiq sayına qismən yaxın olan vəziyyət yarana bilər.
Reallıqda isə Ermənistan tərəfi döyüş itkilərinin sayını ən azı iki dəfə azaldır. Ermənilər Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, silahlandırılıb zorla səngərlərə yerləşdirilən mülki əhalinin, eləcə də Yaxın Şərqin müxtəlif qaynar nöqtələrindən topladıqları muzdluların cəbhədə Azərbaycan əsgəri tərəfindən məhv edilməsi faktlarını gizlədirlər. Bu itkiləri də hesablasaq, il ərzində Ermənistan tərəfinin cəbhədə yüzdən çox itki verməsi şübhə doğurmur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Mudafie_Nazirliyi_Il_erzinde_Ermenistan_terefi_cebhede_yuzden_chox_itki_verib-908661

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR