At naziri aclıqla işgəncədən öləcəkdi...

At naziri aclıqla işgəncədən öləcəkdi...
19:37 5 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

At bilicisi Geldy Kyarizov prezident Saparmurat Niyazov-un dövründə Türkmənistanın hökumət təsislərindən birbaşa həbsxanaya düşmüş və bu dəhşət saçan həbsxanada beş ay qalmışdı. 2015-ci ilin sentyabrında ölkədən çıxmasına icazə verilən Kyarizov Türkmənistanın ən sərt həbsxanasında yaşadığı "aclıqla işgəncə"dən danışır.

"OVADAN DEPE"YƏ GƏLIŞ VAR, ÇIXIŞ YOX...

Silahlı gözətçilər Geldy Kyarizovu Aşqabadın kənarında - Türkmən Səhrasında yerləşən "Ovadan Depe" həbsxanasına salandan sonra onun başına keçirdikləri torbanı çıxarıb belə demişdilər: "İndi sənə yalnız Allah kömək ola bilər".

Bu mümkün olduqca ciddi rejimli həbsxananın "xüsusi blok"undakı kamera yoldaşları az keçmiş onu xəbərdar da etmişdilər: "Hələ heç kəs buradan sağ çıxmayıb. Buraya ancaq gəlmək olur, getmək - yox".

Di gəl, Kyazirov sağ çıxa bildi. Dediyinə görə, əsassız ittihamlarla tutub, 6 il həbs cəzası versələr də, 2007-ci ildə - avtokrat Saparmurat Niyazov ölüncə, onu tez-tələsik buraxıblar.

Kyarizov "Ovadan Depe"ni məhbusların göy üzünü nadir hallarda gördüyü, arıqlayıb ümidsizliyə qapılıncayadək ac saxlandığı "dəhşətli" bir yer kimi təsvir edir.

"Məhbuslara elektriklə işgəncə vermir, yaxud közərdilmiş maşayla bədənlərindən ət qoparmırlar. Yox, orada buna gərək yoxdur, - sadəcə, yemək vermirlər. Məhbuslar bir dəri, bir sümük qalır və bir-birinə zooparkda meymun görürmüş kimi baxırlar...". O, sentyabrdan bəri yaşadığı Moskvada Azadlıq Radiosuna deyib bu sözləri.

"Ovadan Depe" türkməncə "mənzərəli təpə" deməkdir (abad, sahmanlı, baxımlı, gəlməli-görməli təpə mənaları da var - red.).

BƏZİ KAMERALARIN DƏMİR QAPILARINDA...

Kyarizov burada olanda məhbuslar öz kameralarından həftədə bir dəfə - 7 dəqiqəliyinə, o da xüsusi blokdan duşlanmağa və üz qırxmağa gedərkən çıxır və dediyinə görə, yalnız bu zaman göyüzünü görə bilirlərmiş.

O, bəzi kameraların dəmir qapılarında "Yalnız üç xidmətin - Daxili İşlər, "KQB" və Prokurorluğun iştirakıyla açıla bilər" sözlərinin yazıldığını da deyir.

Kyarizov-un sözlərinə görə, kamera yoldaşları qorxunc görünəcək qədər arıq imişlər. Tanınmış siyasətçi və keçmiş əyalət qubernatoru, vaxtilə Niyazov-un "Türkmənistan Qəhrəmanı" adını adı verdiyi Geday Akhmedov-un həmin kamerada acından öldüyünü də onlara deyiblərmiş.

Kyarizov eyni taleni yaşamamaq üçün çox çalışıb.

Deyir ki, səhər, nahar və şam yeməkləri nazik çörək dilimindən və bir neçə qaşıqlıq sulu və ətsiz-yağsız darı sıyığından ibarətmiş. Çörəyin də, sıyığın da içi qum və xırda çınqılla dolu olurmuş.

Naharda hər məhbusa bir qab "şorba" da verirlərmiş. "Şorba" deyilən şey - içində hərdən bir-iki tikə soğan, yaxud kartof olan qaynanmış suymuş.

QAYNADILMIŞ DƏVƏTİKANI YARPAĞI...

Səhər açıqrəngli ilıq çay, günorta və axşamlarsa qaynadılmış dəvətikanı yarpaqları verilirmiş.

Kyarizov deyir ki, məhbusların yeməyi silahlı gözətçilərə bişirilən xörək artıqlarından hazırlanırmış:

"Cəmi beş aya 40 kiloqram çəki itirmişdim. "Ovadan Depe"yə gətiriləndə 96, oradan çıxanda 59 kilo idim. Cəmi beş aya. İndi təsəvvür edin, orada illərcə yaşamış adamlar nə hala düşür...".

Beş aydan sonra Niyazov ölüb və onun yerini Berdymukhammedov tutub. Türkmənistanın yeni prezidenti bu vəzifəyə gələndən bir neçə həftə sonra Kyarizov-u əfv edib.

Bütövlükdə götürəndə, Kyarizov-un həyatı Türkmənistanın avtokrat liderlərinin şıltağından formalaşıb.

BƏXTLİ VƏ BƏXTSİZ "AXAL TEKE"LƏR...

Ünlü "Axal Teke" at cinsinin yetişdiricisi olan Kyarizov 1991-ci ildən bəri bu əzəmətli canlını yenidən məşhurlaşdırmaq üçün çox iş görüb.

Sovet hökuməti "Axal Teke"ləri ayrı-ayrı adamların yetişdirib-saxlamasını yasaqlamışdı. Beləcə, özəl fermaların və milli ruhun önünü kəsmək istəyirdi. Sovet hökuməti bu nadir cins atların ətinin yeyilməsinə də icazə vermişdi. Bu isə türkmən ənənələrinə və mentalitetinə zidd idi.

"Axal Teke" at cinsinin yenidən məşhurlaşmasında Kyarizov-un oynadığı rol onu bir növ milli qəhrəmana çevirdiyindən, o, Niyazov-un elitasında yer almış, Türkmənbaşı onu "At Yetişdirmə Naziri" təyin etmişdi.

Sonralar bu nazirlik "Türkmən Atları Dövlət Agentliyi"nə çevrilib. O, həbs edilincəyədək həmin agentliyin rəhbəri olub.

Kyarizov 2002-ci il dekabrın 31-də -guya Niyazov-a qarşı sui-qəsd cəhdindən bir ay sonra həbs edilib. Onu səhlənkarlıqda və vəzifəsindən sui-istifadədə suçlayıblar. Özü isə bu ittihamları əsassız və siyasi motivli sayıb.

"OVADAN DEPE"Nİ TÜRKMƏNBAŞI TİKDİRİB

"Noyabrçılar" adlandırılan və sözügedən sui-qəsd cəhdinə başçılıq etdiyi iddia olunan ozamankı xarici işlər naziri Boris Shikhmuradov-a yaxın rəsmi şəxslərin də "Ovadan Depe"də saxlandığı düşünülür.

Niyazov "Ovadan Depe"ni elə həmin olaydan sonra - 2003-cü ildə həbs etdirdiyi siyasi fəalları, müxalif simaları və İslam ekstremisti olduğu iddia edilənləri saxlamaq üçün tikdirib.

Ömürlük həbs cəzasına məhkum edilmiş Shikhmuradov-un da "Ovadan Depe"də saxlandığı deyilir. Onun ölüncəyədək işgəncəyə məruz qaldığı barədə xəbərlər də geniş yayılıb.

Heç vaxt Shikhmuradov-un yerini açıqlamayan türkmən rəsmiləri ölüm xəbərini də nə təkzib, nə də təsdiq ediblər.

Dövlət orqanları Kyarizov-u rəsmən sui-qəsd planında iştirakda suçlamasa da, Shikhmuradov-un əhatəsində olmasından şübhələndiklərinə görə daim ona basqı qurublar.

Onun "Ovadan Depe" haqqında söylədikləri "Human Rights Watch", "Amnesty International", "Crude Accountability" və başqa qrupların son hesabatlarında öz əksini tapıb.

PREZİDENTƏ TƏŞƏKKÜRDƏN BOYUN QAÇIRIB...

Kyarizov AzadlıqRadiosuna deyib ki, vaxtından əvvəl azad edilməsi onun həyatını qurtarıb.Ancaq televiziya bəyanatında Berdymukhammedov-a təşəkkür etməkdən boyun qaçırdığına görə, Türkmənistandan çıxışına qadağa qoyulub.

Bundan başqa onun at yetişdirmə biznesinə yenidən başlamasının da qarşısı alınıb. O, "cinayətkar keçmişinə" görə uzun müddət bu sahədə iş tapa bilməyib. Arvadının himayəsində olan axırıncı atını da müsadirə ediblər. Evini də, qanunsuz tikildiyini bəhanə göstərərək, söküblər.

Bu ilin sentyabrında onun və yaxın qohumlarının bir-bir ölkədən çıxmasına icazə verilib. O bunu insan hüquqları ilə bağlı Türkmənistana göstərilən beynəlxalq təzyiqlə əlaqələndirir.

SÜKUT TİRANLARIN ƏLİNİ SƏRBƏST BURAXIR...

Kyarizov deyir ki, Türkmənistanda dəyişiklik istəyənlər səsini ucaltmalıdırlar: "Ağızlarını yumulu saxlayacaqlarsa, bu vəziyyət heç vaxt bitməyəcək".

O, sözlərinə bunu da əlavə edib ki, sükut "tiranların əlini sərbəst buraxır. Sakit qalmaq pisdir. Mən bunu indi azad olduğuma görə demirəm, ona görə deyirəm ki, orada minlərlə insanın həbsxanalarda olduğunu bilirəm".
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55

Ağdamd ev kül oldu

19 Sentyabr 2017 21:49

Salyanda dəhşətli qəza: 4 qadın öldü

19 Sentyabr 2017 21:44

Azərbaycanda şagird müəllimə "Faşist salamı" verdi -

19 Sentyabr 2017 21:40

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

19 Sentyabr 2017 21:38

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 21:32

BNA sürücülərin döyülməsindən narahatdır -

19 Sentyabr 2017 21:30

Rahibələrin rok qrupu dünya turnesində - VİDEO

19 Sentyabr 2017 21:28

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17

İranın "Nəfəs" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

19 Sentyabr 2017 21:12

Salyanda yol qəzası baş verib, 4 nəfər ölüb

19 Sentyabr 2017 21:12

Dembele əməliyyat olundu

19 Sentyabr 2017 21:12

Elmar Məmmədyarov: "Azərbaycan Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla, iki dövlət həllini dəstəkləyir"

19 Sentyabr 2017 21:07

Elmar Məmmədyarov -

19 Sentyabr 2017 21:04

İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarır

19 Sentyabr 2017 21:03

İranın "Nəfəs" filmi 90-cı Oscar mükafatlarına namizəd olub

19 Sentyabr 2017 21:02

Prezident BMT-də müzakirələrin açılışına qatıldı

19 Sentyabr 2017 20:59

ABŞ BMT-də islahatlar aparılmasını istəyir -

19 Sentyabr 2017 20:58

"Sumqayıt" oyunçusu barəsində qərar - HƏBS

19 Sentyabr 2017 20:49

“Bu, böyük müharibənin başlanğıcı olacaq” - DƏHŞƏTLİ XƏBƏRDARLIQ

19 Sentyabr 2017 20:43

Prezident İlham Əliyev BMT-nin baş qərargahında ümumi müzakirələrin açılışında iştirak edib

19 Sentyabr 2017 20:42

Göygöldə qəza: xəsarət alan var

19 Sentyabr 2017 20:39

Paytaxtın bu ərazilərində qaz təchizatında məhdudiyyət olacaq -

19 Sentyabr 2017 20:38

Meksikalı heykəltəraş Xorxe Marinin sərgisi başa çatıb

19 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd olunub

19 Sentyabr 2017 20:30

Gürcüstanda polis azərbaycanlıların yığcam yaşadıqları qəsəbədə xüsusi əməliyyat keçirir

19 Sentyabr 2017 20:27

Rusiya əhalisinin 96%-i ölkənin iqtisadi siyasətinin dəyişdirilməsi zəruriyyətini bildirib

19 Sentyabr 2017 20:22

ABŞ prezidenti: “Bu, bizim üçün utanc mənbəyidir”

19 Sentyabr 2017 20:18

ABŞ prezidenti -

19 Sentyabr 2017 20:16

Prezident İlham Əliyev və xanımı müzakirələrin açılış mərasimində iştirak ediblər

19 Sentyabr 2017 20:14

Moldova hökuməti ölkə prezidentindən Konstitusiya Məhkəməsinə şikayət edəcək

19 Sentyabr 2017 20:12

Yeni silahın yaratdığı QORXU, müharibənin OLMAMASI ÜÇÜN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

19 Sentyabr 2017 20:03

Bakıda və bölgələrdə bal yarmarkası keçiriləcək

19 Sentyabr 2017 20:02

VİDEO: Günəş enerjisi ilə yaşayan uşaqlar -

19 Sentyabr 2017 20:00

Azərikimya İB-də Neftçilər gününə həsr olunmuş “Xəmsə” bilik yarışı keçirilib

19 Sentyabr 2017 19:57

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

19 Sentyabr 2017 19:53

Azərbaycanda arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

19 Sentyabr 2017 19:52

Bu azərbaycanlı bütün dünyada axtarılır

19 Sentyabr 2017 19:50

Yer kürəsinin tarixində ən yüksək temperatur müəyyən edildi

19 Sentyabr 2017 19:48

Təlimlərdə ərazinin maketi üzərində fəaliyyətlər icra olunub

19 Sentyabr 2017 19:39

VİDEO: Narkotik vasitə və spirtli içki verib Allaha qurban etdilər -

19 Sentyabr 2017 19:38

Biləsuvarda fəhlələri daşıyan mikroavtobus aşıb, yaralananlar var

19 Sentyabr 2017 19:37

Tramp: “Bu ölkəni məhv etməkdən başqa seçim yoxdur”

19 Sentyabr 2017 19:33

“Neft Daşları”nda yeni quyu istismara verilib

19 Sentyabr 2017 19:30