Premyer Liqada XV tur həyacanı - YENİLƏNİR

Premyer Liqada XV tur həyacanı -   YENİLƏNİR
15:27 6 Dekabr 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XV tura start veriləcək. Fanat.az хəbər verir ki, ilk oyun günündə 3 matç baş tutacaq. Günəşli neft yatağındakı faciə səbəbindən futbolçular meydana qara sarğı ilə çıхacaq, oyunlardan əvvəl bir dəqiqəlik mükut elan ediləcək.

Saat 16.00-da iki oyun başlayacaq. Əsgər Abdullayevin komandaya başçılıq etməsindən sonra Premyer Liqada "Xəzər Lənkəran" və "Qarabağ"ı, kubokda isə "Qaradağ Lökbatan"ı udan "Neftçi" "Zirə"ni qəbul edəcək. Görüşdə ədaləti Ramil Diniyevin başçılıq etdiyi hakimlər briqadası qoruyacaq.

Eyni saatın digər matçında "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edəcək. Oyunu Ömər Paşayev idarə edəcək. Qonaqlar Premyer Liqadakı son 6 oyunda qələbə qazana bilməyib (5 heç-heçə, 1 məğlubiyyət). "Xəzər Lənkəran" isə son 4 oyunda məğlub olub.

Günə "Qarabağ" - "İnter" matçı ilə yekun vurulacaq. Oyunda ədaləti Əliyar Ağayev qoruyacaq. Hər iki komanda bundan əvvəlki turda qələbə qazana bilməyib. "İnter" "Kəpəz"lə "sülh" bağlayıb, "Qarabağ" "Neftçi"yə uduzub.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XV tur

6 noyabr
Neftçi - Zirə
Neftçi: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Melli, 6. Aylton Silva, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 19. Fəhmin Muradbəyli, 26. Kamal Qurbanov.
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 3. Jairo Rodriges, 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 16. Əziz Quliyev, 21. Samir Məsimov.
Baş məşqçi: Əsgər Abdullayev.
Zirə: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 10. İqor İvanoviç, 11. Viktor İbekoyi, 13. Aleksandr Şemonayev (k), 17. Nicat Qurbanov, 28. Təmkin Xəlilzadə, 32. Luis Alberto Diez, 33. Dieqo Souza, 37. Yovan Krneta, 39. Sadiq Quliyev.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 7. Rihairo Meulens, 8. Tərzin Cahangirov, 19. Nurlan Novruzov, 27. Rəşad Abdullayev, 70. Mirkamil Həşimli, 77. Ruslan Poladov.
Baş məşqçi: Adil Şükürov.
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Knyaz Əmiraslanov, Azər Əsgərov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Kərim Ağayev.
“Bakcell Arena”. Saat 16.00.

Xəzər Lənkəran - Qəbələ
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Akif Əmirəli, Vaqif Musayev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 16.00.

Qarabağ - İnter
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 18.30.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

14

10

2

2

24-9

32

2

İnter

14

6

6

2

12-8

24

3

Zirə

14

6

6

2

14-11

24

4

Qəbələ

14

6

6

2

22-10

24

5

Kəpəz

14

5

5

4

15-14

20

6

Neftçi

14

5

4

5

16-15

19

7

Sumqayıt

14

2

6

6

13-19

12

8

Xəzər Lənkəran

14

3

3

8

10-19

12

9

AZAL

14

3

3

8

8-17

12

10

Rəvan

14

2

3

9

9-21

7

Bombardirlər

Riçard Almeyda (Qarabağ) - 6. Ruslan Qurbanov (Neftçi), Aleksey Antonov (Qəbələ), Dieqo Martines (İnter) - 5.


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqada-xv-tur-hyacan-t45954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR