Cakartada qatarın mikroavtobusla toqquşması nəticəsində 14 nəfər həlak olub

Cakartada qatarın mikroavtobusla toqquşması nəticəsində 14 nəfər həlak olub
20:38 6 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Cakarta, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Cakartanın şimalında dəmir yolu keçidində qatarın mikroavtobusla toqquşması nəticəsində 14 nəfər həlak olub. Bu barədə İndoneziya Nəqliyyat Nazirliyinə istinad edən AFP agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, hadisə səhər saat 9 radələrində sərnişinlə dolu mikroavtobus dəmir yolu keçidi bağlandıqdan sonra yolu keçməyə çalışan zaman baş verib.
Qatarın maşinisti keçidə girmiş nəqliyyat vasitəsinə səs siqnalı ilə xəbərdarlıq etməyə çalışsa da hadisədən qaçmaq mümkün olmayıb. Məlumatda bildirilir ki, həlak olanların sayı 14 nəfərə çatıb. Onların hamısı mikroavtobusun sərnişinləridir.
Polis və İndoneziya Nəqliyyatda Təhlükəsizlik Milli Komitəsinin əməkdaşları hadisənin baş vermə səbəblərini araşdırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR