Yunis Hüseynov: "16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar"

"Xəzər Lənkəran" - "Qəbələ" (0:1) oyunundan sonra ev sahiblərinin baş məşqçisi Yunis Hüseynovun da mətbuat konfransı keçirilib.

XL-in çalışdırıcısı gənc futbolçularının "Qəbələ"li həmkarlarından daha yaxşı oynadıqlarını qeyd etməklə yanaşı, hakim qərarlarından da şikayətlənib:

"Oyun gərgin keçdi, qələbə qazanmaq istəyirdik" - bunlar şablon sözlərdir. Lakin ümumi götürsək, meydançada olan 16 yaşlı futbolçulardan razı qaldım. Düşünürəm ki, bizim 16 yaşlı futbolçularımız Avropa Liqasının qrup mərhələsində çıxış edən futbolçulardan qat-qat yaxşı oynadılar. Məncə, oyun ərzində 2 penaltimiz verilmədi. Bəlkə də səhv edirəm, bununla bağlı baxıb qərar çıxararlar".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR